İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım edib
Tarix: 15-09-2022 23:54 | Bölmə: Gündəm
İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbə ilə bağlı “Tvitter”də paylaşım edib.

Reyting.az
xəbər verir ki, paylaşımda deyilir:

“Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}