MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar təmizlənir - Foto
Tarix: 19-09-2022 12:06 | Bölmə: Gündəm
MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar təmizlənir

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Reyting.az 
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}