16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Laçında erməni təxribatı zamanı basdırılan daha 100 mina zərərsizləşdirilib
Tarix: 20-09-2022 10:18 | Bölmə: Gündəm
Laçında erməni təxribatı zamanı basdırılan daha 100 mina zərərsizləşdirilib

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir: "Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}