Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib
Tarix: 26-09-2022 15:46 | Bölmə: Gündəm
Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib

“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}