Müxalif partiya sədrləri YAP-ın tədbirinə dəvət olunub - Fotolar
Tarix: 21-11-2022 10:53 | Bölmə: Gündəm
Müxalif partiya sədrləri YAP-ın tədbirinə dəvət olunub

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

Məlumata görə, yubiley tədbirində iştirak edən qonaqlar artıq Mərkəzə gəlirlər.

Tədbirə dəvət olunanlar arasında siyasi partiyaların sədrləri də var.

Onlardan keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, ReAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbsaycsan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri qatılıblar./Unikal








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}