Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb - Sərəncam
Tarix: 22-11-2022 14:45 | Bölmə: Gündəm
Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Reyting.az
 xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər