Lənkəran Dövlət Universitetinin əməkdaşları təltif olunub
Tarix: 25-11-2022 15:25 | Bölmə: Gündəm
Lənkəran Dövlət Universitetinin əməkdaşları təltif olunub

Prezident İlham Əliyev Sərəncamlar imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Lənkəran Dövlət Universitetinin əməkdaşları Ağazadə Yədulla Bəbir oğlu və Əzizov Sənan Qərib oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

Digər sərəncamla Ağayeva Məlahət Əli qızı, Mahmudov Kamal Fətulla oğlu və Şahqubadbəyli Ənvər Xandadaş oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Onlar LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə təltif olunublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}