Erməni silahlılarının kvadrokopteri ələ keçirilib - Fotolar
Tarix: 26-11-2022 12:58 | Bölmə: Gündəm
Erməni silahlılarının kvadrokopteri ələ keçirilib

Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}