Xocavənd, Füzuli, Tərtər və Ağdam atəşə tutulub
Tarix: 27-11-2022 09:49 | Bölmə: Gündəm
Xocavənd, Füzuli, Tərtər və Ağdam atəşə tutulub

Qarabağdakı erməni silahlı dəstəsinin üzvləri atəşkəsi yenidən pozub. Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər