Nazirlər Zirvə toplantısına hazırlığı müzakirə ediblər - Yenilənib
Tarix: 28-11-2022 21:12 | Bölmə: Gündəm
Nazirlər Zirvə toplantısına hazırlığı müzakirə ediblər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Türkiyə XİN-nin məlumatına görə, telefon danışığı zamanı Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə toplantısına hazırlıq müzakirə edilib.

***

28 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər