Sülhməramlılar Azərbaycanın müraciətlərinə etinasız yanaşır
Tarix: 30-11-2022 21:44 | Bölmə: Gündəm
Sülhməramlılar Azərbaycanın müraciətlərinə etinasız yanaşır

Rusiya Federasiyasının ərazilərimizdəki sülhməramlı kontingenti Azərbaycan Müdafiə Nazirliyinin müraciətlərinə hələ də etinasız yanaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmasını, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladır.

“Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - deyə məlumatda bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər