Hikmət Hacıyev xarici diplomatlarla görüşüb
Tarix: 02-12-2022 14:44 | Bölmə: Gündəm
Hikmət Hacıyev xarici diplomatlarla görüşüb

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Advanced Foreign Policy” proqramı çərçivəsində Azərbaycanın sülh gündəliyi ilə bağlı çıxış edib.

Reyting.az
xəbər verir ki, bu barədə H. Hacıyev "Tvitter"də paylaşım edib:

“Advanced Foreign Policy” proqramı çərçivəsində ADA Universitetində 17 ölkədən 28 diplomat, ekspert və elmi işçidən ibarət qrupun qarşısında Azərbaycanın xarici siyasəti, təhlükəsizlik və sülh gündəliyi ilə bağlı çıxış etməkdən və sertifikatlar təqdim etməkdən məmnun oldum”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər