16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərilə görüşüb - Fotolar
Tarix: 03-12-2022 10:04 | Bölmə: Gündəm
Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərilə görüşüb

Latviya Respublikasının Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb. Görüşdə Mərkəzin üzvləri - xanım Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq prezidenti Boris Tadiçi, Bolqarıstanın sabiq prezidentləri Rozen Plevneliyev və Petar Stoyanovu, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç və sabiq baş naziri Zlatko Laqumdziyanı, BMT Baş Assambleyasının 73-cü prezidenti Mariya Fernanda Espinozanı, Çexiyanın sabiq baş naziri Yan Fişer, Moldovanın sabiq baş naziri Kiril Qaburiçini, Albaniyanın sabiq prezidenti Rexhep Meydanini, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçalı, Xorvataiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.

Reyting.az-ın xəbərinə görə, bu barədə Mərkəzdən bildiriblər.

Görüşdə prezident Eqils Levitslə Mərkəzin son dövrlərdə reallaşdırdığı layihələr, qarşıda gələn X Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya, Avropa təhlükəsizliyi, Enerji təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.

Latviya prezidentinə Mərkəzin X illiyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim olunub.

Toplantının davamı olaraq Latviyanın sabiq prezidentləri Quntis Ulmanis (1993-1999), Andris Berlins (2011-2015), Raimonds Veyonis (2015-2019), Estoniyanın sabiq prezidenti Toomas Hendrik lİves (2006-2016), Latviyanın sabiq baş naziri Laimdota Straujuma (2014-2016) iştirakı ilə Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqanın 85 illiyinə və Mərkəzin təsis olunmasının X illiyinə həsr olunmuş ziyafət təşkil edilib. Ziyafət zamanı Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elnur Sultanov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Latviya Respublikasının sabiq prezidenti və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqaya təbrik məktubu və Fəxri Diplom təqdim edilib. O cümlədən ÜST Baş Direktoru Dr. Tedros Qhebreyesusun və BMt Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Anqel Moratinosun təbrik məktubları təqdim olunub.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}