Ordumuzun mövqeləri atəşə tutulub
Tarix: 04-12-2022 10:17 | Bölmə: Gündəm
Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, dekabrın 4-u saat 03:50 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə məruz qalıb.

Azərbaycan Ordusunun bu istiqamətdəki bölmələri adekvat cavab tədbirləri görüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}