Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
Tarix: 06-12-2022 15:54 | Bölmə: Gündəm
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Reyting.az
 xəbər verir ki, dəyişikliyə əsasən, Məcəlləyə yeni 482-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə olunub.

Belə ki, Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə ediləcək.

Yeni maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və ya digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 206-1.1 və 206-1.2-ci maddələridə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər