"Bakı" çempionatdan kənarlaşdırıldı – AFFA-nın qərarı
Tarix: 26-04-2016 15:20 | Bölmə: İdman


"Bakı"nın 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb.

AFFA-nın məlumatına görə, buna paytaxt təmsilçisinin U-15 Liqasında "Xəzər Lənkəran”la səfər matçında iştirak etməməsi səbəb olub.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında kluba 0:3 hesablı texniki məğlubiyyət verildiyi açıqlanıb. Üstəlik, bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}