16:39 / 28-11-2024
Sabah qar yağacaq
Runi karyerasını ABŞ-da başa vurmağı planlaşdırır
Tarix: 13-11-2018 21:35 | Bölmə: İdman
Runi karyerasını ABŞ-da başa vurmağı planlaşdırır

“Di-Si Yunayted”in hücumçusu Ueyn Runi professional karyerasını ABŞ-da başa vurmaq niyyətində olduğunu deyib.

Reyting.az bildirir ki, o, ABŞ-la yoldaşlıq oyununda İngiltərə milli komandasına qayıtmasının tənqid edilməsinə də münasibətini açıqlayıb.

“Bəli, mən oyunçu kimi karyeramı ABŞ-da başa vurmağı planlaşdırıram. İngiltərə millisinə qayıtmağımla bağlı tənqidlərə gəldikdə? Düşünürəm ki, hər kəsin şəxsi fikrini söyləmək hüququ var. Mənim İngiltərə Futbol Assosiasiyasının nümayəndələri ilə söhbətim olub və qərara gəlmişik ki, belə daha düz olardı”, - Runi əlavə edib.

Runi İngiltərə millisində çıxışını 2016-cı ildə başa vurub. O, milli komandada 119 oyun keçirib, 53 qol vurub və onun tarixində ən məhsuldar oyunçudur.

Runinin şərəfinə oyun noyabrın 15-də “Uembli” stadionunda 33 yaşlı futbolçunun seyriyyəçilik fonduna dəstək kimi keçiriləcək. Bu, Ueyn üçün 120-ci və İngiltərə millisinin heyətində sonuncu olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər