17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ronaldu “Yuventus”dan gedə bilər - Səbəb
Tarix: 18-04-2019 17:56 | Bölmə: İdman
Ronaldu “Yuventus”dan gedə bilər

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu müqaviləsi başa çatana qədər İtaliya klubunu tərk edə bilər.

Reyting.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı Ronaldu Turin klubunun Çempionlar liqasındakı çıxışndan məyus olub.

“Yuventus” turnirin yarımfinalına vəsiqə qazana bilməyib və portuqaliyalı son 9 ildə ilk dəfə bu prestijli Avropa kubokunun yarımfinalında oynamaqdan məhrum olub.

Ronaldu bu səbəbdən 2019/2020-ci il mövsümünün sonunda komandanı tərk edə bilər. Onun indiki müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

Aprelin 16-da Hollandiyanın “Ayaks” klubu “Yuventus”u Turində 2:1 hesabı ilə məğlub edərək italiyalıları Çempionlar liqasının yarımfinalından məhrum edib. Bu cütlüyün qalibi finala çıxmaq üçün İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}