“Barselona”da yeni Messi yetişir
Tarix: 20-04-2019 00:06 | Bölmə: İdman
“Barselona”da yeni Messi yetişir

Lionel Messi, futbolun gəlmiş keçmiş ən böyük ulduzlarından biri kimi göstərilir.

Reyting.az xəbər verir ki, “Barselona”ya argentinalı ulduzundan biri daha gəlirmi?

“Barselona” əvəzedici heyətindəki 12 yaşlı Genisi yeni Məssi adlandıranlar var.

Eyni futbolçu bir başqa ifadə ilə gələcəyin Messisi ard-arda bir-birinin bənzəri olan iki qol atır.

Lionel Messi, İspaniya nəhəngi “Barselona”nın ulduzu, 31 yaşlı argentinalı futbolçu qırmadığı rekord qoymadı. Bəs, bir Məssi daha yaşıl meydançalara gəlirmi?

“Barcelona”nın uşaq komandası La Masianın ən böyük məqsədi onun kimi istedadlı adları tapıb yetişdirmək. Messinin də yetişdiyi La Masiada oynayan 12 yaşa qədər olanların oyununda bir ad ulduzlaşıb - Gens Torrelles.

Torrelles, matçın 11 və 12-ci dəqiqələrində ardıcıl bir-birinin surəti iki gözəl qol vurub. Belə ki, “Barselona”nın sosial media hesabında "Bunlar yeni görüntülər deyil" - deyə iki qol paylaşıblar. Messi kimi solaxay olan kiçik qolçunun qolları dəfələrlə izlənib.

Sosial mediada Gens Torrellesin bir gün Messi kimi böyük bir ulduz ola biləcəyi şərhləri yazılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}