Məhəmməd Salah “Barselona” ilə oyunda olmayacaq
Tarix: 06-05-2019 17:37 | Bölmə: İdman
Məhəmməd Salah “Barselona” ilə oyunda olmayacaq

Roberto Firminyodan sonra Məhəmməd Salahın da Çempionlar liqasının yarımfinalının cavab qarşılaşmasında “Barselona”ya qarşı meydanda olmayacağı açıqlanıb.

Reyting.az bildirir ki, bunu “Liverpul”un baş məşqçisi Yürgen Klopp bildirib.

26 yaşındakı futbolçu, komandanın “Nyukasl”ı 3:2 məğlub etdiyi Premyer-liqa oyunun ikinci yarısında başına aldığı sərt zərbənin ardından oyuna davam edə bilməmişdi.

Beyin sarsıntısı keçirən misirli ulduz, komandanın Çempionlar Liqasının yarımfinalda “Barselona”ya qarşı oynayacağı matçda meydançada yer almayacaq.

Klopp oyun ərəfəsində təşkil olunan mətbuat konfransında Salahla bağlı suala cavabında deyib: "Sağalma prosesindədir, amma “Barselona” ya qarşı oynaya bilməz. Bu bir tədbir həmləsi deyil, oyunçum beyin sarsıntısı keçirib. Özünü daha yaxşı hiss edir, amma tibbi mənada sahədə yer alması mümkün deyil".

Reyting.az





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər