16:39 / 28-11-2024
Sabah qar yağacaq
İnfarkt keçirən Kasilyas xəstəxanadan buraxıldı
Tarix: 06-05-2019 19:06 | Bölmə: İdman
İnfarkt keçirən Kasilyas xəstəxanadan buraxıldı

Mayın 6-da ürəktutmasından sonra xəstəxanaya yerləşdirilən “Portu”nun ispaniyalı qapıçısı İker Kasilyas evə buraxılıb.

Reyting.az xəbər verir ki, 37 yaşlı qapıçı əməliyyat da olunub.

“Gələcəyimlə bağlı hələ ki qərar verməmişəm. Vacib olan budur ki, mən buradayam və özümü yaxşı hiss edirəm. İstirahət etmək vaxtı çatıb. Bu nə qədər vaxt aparacaq? Bilmirəm, ola bilsin ki, iki həftə, yaxud iki ay. Bunun əhəmiyyəti yoxdur. Vacib olan budur ki, mən buradayam”, - Kasilyas söyləyib.

Kasilyas “Porto”Da 2015-ci ildən çıxış edir. 37 yaşlı ispaniyalı çempionatın (2017/18-ci il mövsümü) və Portuqaliya Superkubokunun (2018-ci il) qalibi olub.

O, uzun müddət “Real”da oynayıb. 1988-ci ildən Madrid klubunun heyətində 700-dən çox oyunda qapını qoruyub. “Kral klubu” ilə çempionat (5 dəfə), İspaniya Kuboku (2 dəfə), Superkuboku (4), Çempionlar liqası (3), UEFA Superkuboku (2), Qitələrarasıkubok (1) və dünya klub çempionatının (1) qalibi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər