07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Barselona” “Ayaks”ın 19 yaşlı kapitanını alır
Tarix: 14-05-2019 15:08 | Bölmə: İdman
“Barselona” “Ayaks”ın 19 yaşlı kapitanını alır

“Barselona” “Ayaks”ın hollandiyalı müdafiəçisi Matteys De Liqta ilə müqavilə imzalamağa yaxındır.

Reyting.az xəbər verir ki, tərəflər artıq müqavilənin detallarını razılaşdırıblar.

Kataloniya klubunun rəhbərliyi Hollandiya klubunun 19 yaşlı kapitanı ilə yaxın zamanda müqavilə imzalanması rəsmi elan edəcəyinə inanır.

“Barselona”nın heyətinı De Liqtanın klub yoldaşı – 22 yaşlı hollandiyalı xavbek Frenk De Yonq qatıla bilər.

De Liqt “Ayaks”ın əsas oyunçularından biridir. Çempionlarliqasının bu mövsümündə Hollandiya klubu yarımfinala qədər irəliləyib. De Liqt Avropa kuboklarında 17 oyun keçirib və 3 qol vurub.

Transfermarkt portalı De Liqtin dəyərini 70 milyon avro qiymətləndirib. Futbolçu “Ayaks”ın yetirməsidir və 2016-cı ildən birinci komandada oynayır

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}