07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Messi 6-cı dəfə "Qızıl top"a layiq görülüb
Tarix: 03-12-2019 09:12 | Bölmə: İdman
Messi 6-cı dəfə "Qızıl top"a layiq görülüb

İlin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, "France Football" nəşri tərəfindən Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə qalibin adı açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Messi artıq "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də əsas namizəd idi.

“Qızıl top”a namizədlərin ilk 10-luğunda bu şəxslərin adı var:

1. Lionel Messi (Argentina, “Barselona”)

2. Vircil van Diyk (Niderland, “Liverpul”)

3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)

4. Sadio Mane (Seneqal, “Liverpul”)

5. Məhəmməd Salah (Misir, “Liverpul”)

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, “Liverpul”)

8. Robert Levandovski (Polşa, “Bavariya”)

9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)

10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}