16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
FIFA Blatter və Platiniyə qarşı 2 milyon dollarlıq iddia qaldırıb
Tarix: 16-12-2019 19:07 | Bölmə: İdman
FIFA Blatter və Platiniyə qarşı 2 milyon dollarlıq iddia qaldırıb

FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.

Ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon dolların qaytarılmasını tələb edib.

Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyob dollar məbləğində "hədiyyə"yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.

Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.

Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}