Olimpiya kompleksləri imkanlı şəxslərin üzgüçülük hovuzlarına çevrilib
Tarix: 22-12-2019 10:43 | Bölmə: İdman
Olimpiya kompleksləri imkanlı şəxslərin üzgüçülük hovuzlarına çevrilib

"20 il əvvəl qadın şahmatçılara beynəlxalq yarışa yollandıqları vaxt sponsorluq etmişəm. Təbrik edirəm. Amma qadın voleybolçularımız da bu barədə düşünməlidirlər. Mənim üçün idmançılarla görüşmək çox xoşdur".

Reyting.az
-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib.

"Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov buradadır. Çox təəssüf ki, Azərbaycanda milyonlar hesabına başa gəlmiş Olimpiya kompleksləri imkanlı şəxslərin üzgüçülük hovuzlarına və mehmanxanalara çevrilib. Onlar ayrı-ayrı təşkilatlarındır. Hamısını Gənclər və İdman Nazirliyinin balansına vermək lazımdır. Deyin görək, 15 il ərzində bu qədər Olimpiya Kompleksi bir dənə idmançı, məşqçi yetişdirə bilibmi? Kənardan gətirilib milliləşdirilənləri nəzərdə tutmuram. Möhtərəm Prezident idmana bu qədər sərmayə qoyur, bunlar nə edir? Təklif edirəm ki, dövlət icra başçılarından pambıq planı istədiyi kimi idmançı planı da istəsin. O zaman idmançı yetişəcək" - deputat vurğulayıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}