Klub prezidenti ilə bağlı araşdırmaya başlayıblar
Tarix: 24-05-2020 18:15 | Bölmə: İdman
Klub prezidenti ilə bağlı araşdırmaya başlayıblar

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio" klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

Məlumata görə, buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub. Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir.

Qeyd edək ki, "Latsio" A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus"un isə 63 xalı var/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər