07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Avropa çempionatı ləğv edilib - Səbəb
Tarix: 19-10-2020 19:38 | Bölmə: İdman
Avropa çempionatı ləğv edilib

Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Sambo üzrə Avropa çempionatı ləğv edilib.

Bu barədə TASS-a Avropa və Ümümrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.

S. Yeliseyev bildirib ki, yarış dünyada, Rusiyada və xüsusən Yekaterinburqda pisləşən epidemioloji vəziyyətə görə ləğv edilib.

Qeyd edək ki, Avropa çempionatı bu il noyabrın sonunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}