22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Tiktoker Xosrov həbs olunub
Tarix: 02-09-2025 22:48 | Bölmə: Xəbərlər
Tiktoker Xosrov həbs olunub

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

Reyting.az
xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər