22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
Tarix: 02-09-2025 19:51 | Bölmə: Mədəniyyət
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər

Dünya şöhrətli aktyor və prodüser Jerar Depardye aktrisa Şarlott Arno tərəfindən irəli sürülmüş təcavüz ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Reyting.az
xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

Arno bildirib ki, 2018-ci ildə 22 yaşında olanda Depardye ona qarşı iki dəfə cinsi zorakılıq edib.

Fransalı kinoaktrisanın sözlərinə görə, hadisə həmin ilin avqust ayında Parisdə - aktyorun evində baş verib. Depardye ailə dostu olduğundan aktrisa əvvəlcə polisə müraciət etsə də, aparılan ilkin istintaq məhkəməyə qədər çatmayıb.

2020-ci ildə Arno yenidən şikayət edib. Bundan sonra təqdim edilən faktlar araşdırılıb və daha sonra 76 yaşlı kino ulduzu barəsində prokurorluğun rəsmi istintaqı başlayıb. Beləliklə, 2024-cü ildə Paris prokurorluğu işin məhkəməyə çıxarılmasını tələb edib.

Jerar Depardye ittihamlarla razılaşmır və münasibətlərin qarşılıqlı razılıq əsasında olduğunu bildirib. Lakin Paris prokuroru bu işdə "ciddi və təsdiqlənmiş sübutların" olduğunu açıqlayıb.

Qeyd edək ki, Fransanın məşhur aktyoru bundan daha əvvəl cinsi zorakılıqla bağlı iş üzrə 1 il 6 ay şərti həbs cəzası alıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər