Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
Tarix: 05-09-2025 13:05 | Bölmə: Xəbərlər
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır

Qarabağda yaşamış 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Reyting.az
xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik daimi komitəsinin iclasında respublika daxili işlər nazirinin müavini Armen Qazaryan deyib.

Onun sözlərinə görə, bu 16 min ermənidən 5 minindən çoxu avtomatik olaraq Ermənistan vətəndaşı olmuş yetkinlik yaşına çatmayanlardır.

“Bu, sentyabrın 2-nə olan məlumatdır”, - nazir müavini qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər