14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan şahmatçısı dünya ikincisi olub
Tarix: 20-10-2020 10:33 | Bölmə: İdman
Azərbaycan şahmatçısı dünya ikincisi olub

Onlayn şahmat üzrə məktəblilərin dünya çempionatında ilk mükafatçılar bəlli olub.

Məlumata görə, U-14-lərin yarışında qüvvəsini sınayan Riad Səmədov da mükafatçılar sırasına düşüb. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız 2-ci yeri tutub.

Gümüş medal əldə edən Səmədov dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eynio xal toplayıb. Yalnız əlavə göstəricilər asiyalıya qızıl medal qazandırıb.

Qeyd edək ki, qızların da yarışında İran təmsilçisi çempionluğa sevinib. Səhər Məsumi Kəjəz 7,5 xalla 1-ci olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}