Futbolçularda və baş məşqçidə təhlükəli virus aşkarlanıb
Tarix: 20-10-2020 20:45 | Bölmə: İdman
Futbolçularda və baş məşqçidə təhlükəli virus aşkarlanıb

Rusiyanın “Krasnodar” klubunun iki futbolçusu və baş məşqçisi koronavirusa yoluxub.

Klubun rəsmi saytında verilən məlumata görə, əvvəlcə yarımmüdafiəçi Remi Kabella və hücumçu Yevgeni Markovun koronavirus testləri müsbət nəticə verib. Təcrid edilən futbolçuların durumunun yaxşı olduğu bildirilir.

Baş məşqçi Murad Musayevdə də virus aşkarlanıb. Futbolçulardan fərqli olaraq, 36 yaşlı rus mütəxəssisin durumu ağırdır.

Qeyd edək ki, "Krasnodar" bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Fransanın "Renn" klubunun qonağı olacaq. Musayev, Kabella və Markov isə Fransaya aparılan heyətdə yer almayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}