18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Superliqanın 8-ci turu: "Beşiktaş" məğlub olub
Tarix: 07-11-2020 08:43 | Bölmə: İdman
Superliqanın 8-ci turu: "Beşiktaş" məğlub olub

"Beşiktaş" Türkiyə Superliqasının 8-ci turunda "Qaziantep"in qonağı olub.

Reyting.az
xəbər verir ki, İstanbul təmsilçisi 1:3 hesabı ilə uduzub.

Görüşdə hesabı 44-cü dəqiqədə ev sahiblərinin futbolçusu Kevin Mirallas açıb. 55-ci dəqiqədə "Beşiktaş"ın oyunçusu Ersin Destanoğlu qırmızı vərəqə ilə cəzalandırılıb. 61-ci dəqiqədə Kayl Larin hesabı bərabərləşdirib- 1:1. Muhammet Demir 63-cü dəqiqədə "Qaziantep"i yenidən önə keçirib- 2:1. Kenan Özer isə 90-cı dəqiqədə oyunun yekun hesabını müəyyənləşdirib- 3:1.

Qeyd edək ki, 17 xalla "Fənərbaxça"nın liderlik etdiyi turnir cədvəlində "Beşiktaş" 10 xalla 9-cudur. "Qaziantep" isə 11 xalla 7-ci pillədə qərarlaşıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}