18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Prezidentliyə namizəd Messinin maaşını azaldacaq
Tarix: 07-11-2020 10:30 | Bölmə: İdman
Prezidentliyə namizəd Messinin maaşını azaldacaq

"Barselona" prezidentliyinə namizəd Toni Freyşa komandanın kapitanı Lionel Messi və digər oyunçuların müqavilələrini yeniləmək variantı haqda danışıb.

Reyting.az
xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, prezidentliyə namizəd futbolçularla yeni müqavilə imzalamaq üçün maaşlarının azaltmalı olacağını deyib:

“Messi ilə sakit, üz-üzə danışacağıq. Messi, eyni zamanda müqaviləni yeniləməsi və ya imzalaması lazım olan bütün oyunçulara gəldikdə, bir təklif təqdim edəcəyik. Bu da əlbəttə ki, indiyədək olan şərtlərə cavab verməyəcək. Çünki gəlir xeyli azalıb və başqa bir düstur tapmaq lazımdır”.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayı başa çatır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}