Kubokun oyunu təxirə salınıb - Səbəb
Tarix: 02-03-2021 14:51 | Bölmə: İdman
Kubokun oyunu təxirə salınıb

Almaniya kubokunun 1/4 final mərhələsində bu gün keçirilməli olan “Regensburq”-“Verder” matçı təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

“Regensburq”da baş məşqçi Mersad Selimeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən görüş təxirə salınıb. Oyunun keçirilmə tarixi hələ məlum deyil.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}