12:26 / 09-08-2025
Sabah yağış yağacaq
11:33 / 09-08-2025
Göyçayda zəlzələ olub
Azərbaycanın təbii qazı Suriyanın Homs vilayətinə çatıb
Tarix: 09-08-2025 21:18 | Bölmə: İqtisadiyyat
Azərbaycanın təbii qazı Suriyanın Homs vilayətinə çatıb

Azərbaycanın təbii qazı Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri vasitəsilə Suriyanın Homs vilayətinə çatıb.

Reyting.az
xəbər verir ki, Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri ilə nəql edilən təbii qaz ölkənin mərkəzində yerləşən Homs vilayətindəki Cender Qaz Stansiyasına çatdırılıb.

Növbəti mərhələdə qazın Cender stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nasiriyyə və Tişrin İES-lərinə yönəldiləcək.

Qeyd edək ki, maksimum sutkalıq qaz nəqletmə gücü 3,4 milyon kubmetr olan boru kəməri hazırda gündə 1,4 milyon kubmetr qaz ötürür və bu, 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.(APA)




Bölməyə aid digər xəbərlər