Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb
Tarix: 01-08-2025 10:32 | Bölmə: İqtisadiyyat
Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadən xəbər verir ki, iclasda İclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müvafiq tədbirlər görməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında, həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.




Bölməyə aid digər xəbərlər