Sumqayıtda 15 yaşlı qız binadan yıxılaraq ölüb
Tarix: 06-08-2025 00:08 | Bölmə: Cəmiyyət
Sumqayıtda 15 yaşlı qız binadan yıxılaraq ölüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər