17:06 / 08-08-2025
Marsdan maraqlı fotolar...
Tramp-Əliyev-Paşinyan görüşü keçirilir - Video - (Yenilənir)
Tarix: 09-08-2025 00:06 | Bölmə: Slayd
Tramp-Əliyev-Paşinyan görüşü keçirilir - Video - (Yenilənir)

Bu dəqiqələrdə ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

Reyting.az
xəbər verir ki, görüş Vaşinqtonda ABŞ liderinin təşəbbüsü ilə baş tutur.

***

Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezident Donalda Tramp, Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb.

Reyting.az
xəbər verir ki, sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.

***

"Prezident Tramp və onun komandası olmasaydı biz uzunmüddətli danışıqlar prosesində qalardıq".

Reyting.az
 xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib.

"Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi".

***

"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək",- deyə, o bildirib.


ABŞ lideri əlavə edib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda mühüm məqam ondan ibarətdir ki, tərəflər hərbi sahədə əməkdaşlıq qururlar: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək."





Bölməyə aid digər xəbərlər
6-08-2025, 11:39 İran nə etmək istəyir?