“OPEC+ G8” neft hasilatını artırmağa hazırlaşır
Tarix: 04-08-2025 07:45 | Bölmə: İqtisadiyyat
“OPEC+ G8” neft hasilatını artırmağa hazırlaşır

Qazaxıstan da daxil olmaqla “OPEC+ G8” sentyabrda neft hasilatını gündəlik daha 547 min barrel artırmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” özəl mənbəyinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu, “OPEC+ G8”-ə könüllü məhdudiyyətlərdən çıxışı sutkada 2,2 milyon barrellə başa çatdırmağa imkan verəcək.

Onu da qeyd edək ki, “OPEC+ G8” materiallarına əsasən, kompensasiya planını nəzərə almadan sentyabrda neft hasilatını sutkada 1,550 milyon barrelə çatdırmaq mümkün olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər