Əmək pensiyası ilə bağlı qanuna daha bir dəyişiklik edilib
Tarix: 28-07-2025 17:17 | Bölmə: İqtisadiyyat
Əmək pensiyası ilə bağlı qanuna daha bir dəyişiklik edilib

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, operatorlar qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.




Bölməyə aid digər xəbərlər