12:26 / 09-08-2025
Sabah yağış yağacaq
11:33 / 09-08-2025
Göyçayda zəlzələ olub
Paşinyan: “Artıq sülh bərqərar olub”
Tarix: 09-08-2025 11:16 | Bölmə: Xəbərlər
Paşinyan: “Artıq sülh bərqərar olub”

“Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda onlayn keçirilən mətbuat konfransında danışıb.

“Bu gün baş verənlər tarixi hadisədir. Artıq bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və sülhə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində nail olundu”, - deyə Paşinyan vurğulayıb.

Ermənistan Baş naziri, həmçinin bildirib ki, kommunikasiyaların və sərhədlərin açılması ölkə iqtisadiyyatına milyardlarla investisiya cəlb edəcək.




Bölməyə aid digər xəbərlər