Dünya bazarında neftin qiyməti qalxır
Tarix: 02-06-2020 13:01 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neftin qiyməti qalxır

OPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər neftin qiymətini artırmaqda davam edir.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,09% artaraq 39,12 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 1,8% artaraq 36,07 ABŞ dolları olub.

Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiyməti 1 dollar qalxaraq 38,14 dollara satılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər