ABŞ vətəndaşlarının borcu 18,6 trilyon dollara çatıb
Tarix: 12-11-2025 07:24 | Bölmə: İqtisadiyyat
ABŞ vətəndaşlarının borcu 18,6 trilyon dollara çatıb

2025-ci ilin üçüncü rübü ərzində ABŞ vətəndaşlarının ümumi borcu 197 milyard dollar artaraq 18,59 trilyon dollara yüksəlib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Nyu-York Federal Ehtiyat Bankının yeni hesabatında məlumat verilir.

Hesabata əsasən, ABŞ-da ipoteka borcları 137 milyard dollar artaraq 13,07 trilyon dollara çatıb. Kredit kartı borcları isə 24 milyard dollarlıq artımla 1,23 trilyon dollara yüksəlib. Avtomobil kreditləri üzrə borc ümumilikdə 1,66 trilyon dollar səviyyəsində sabit qalıb.

Sənəddə qeyd olunur ki, tələbə kreditləri də rekord həddə çatıb - 15 milyard dollar artaraq 1,65 trilyon dollara yüksəlib.

Ümumilikdə gecikmiş borclar hələ də yüksək səviyyədə qalır. Bu göstərici 90 gündən çox gecikmiş ödənişlərin payının 4,5 faizə çatması deməkdir.

Hesabata görə, ABŞ-da böyük məbləğli borc gecikmələrinin ümumi həcmi ötən ilin eyni dövründəki 1,68 faizlə müqayisədə 2025-ci ilin üçüncü rübündə 3,03 faizə yüksəlib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb