21:01 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
326 milyonluq qaçaqmalçılıq edən şəxslərə hökm oxunub
Tarix: 05-11-2025 17:11 | Bölmə: İqtisadiyyat
326 milyonluq qaçaqmalçılıq edən şəxslərə hökm oxunub

Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəmə araşdırması başa çatıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı aparılmış cinayət işi üzrə hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar çoxsaylı dəlil və sübutlarla təsdiqini tapıb. Hökmə əsasən, Zöhrab Hidayətov 9, Elvin Şirinov 8, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı

Qeyd edək ki, təqsirləndirilən Elvin Şirinov barəsində mətbuatda maraqlı detallar yer alır. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”na əsasən, əvvəllər, məsələn 2021-ci ildə E.Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub.

Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alıb.




Bölməyə aid digər xəbərlər