18:35 / 17-02-2026
Tiktoker "Renka" saxlanılıb
Dünyada analoqu olmayan yol istifadəyə verilib
Tarix: 03-11-2025 10:09 | Bölmə: İqtisadiyyat
Dünyada analoqu olmayan yol istifadəyə verilib

Fransa dünyada ilk dəfə hərəkət zamanı elektromobilləri kabelsiz enerji vasitəsilə doldura bilən yeni bir avtomagistralı istifadəyə verib.

Reyting.az
-ın məlumatına görə, Paris şəhəri yaxınlığındakı A10 magistralında quraşdırılan 1,5 kilometrlik bu pilot sahə keçirilən sınaqlar zamanı 200 kilovattdan artıq davamlı, həmçinin 300 kilovattadək yüksək səviyyədə güc ötürməsini heç bir maneə olmadan təmin edə bilib.

Yerli ekspert və mütəxəssislərin fikrincə, bu uğurlu göstərici əslində, yük maşınlarının hərəkəti üçün lazım olandan iki dəfə çoxdur.

Yeni layihə İsrailin "Electreon" şirkəti tərəfindən, eləcə də "VINCI Autoroutes" və "Bpifrance" kompaniyalarının dəstəyi ilə həyata keçirilib. Müasir sistem asfalt yolun altına yerləşdirilmiş bobinlər vasitəsilə enerjini hərəkətdəki nəqliyyat vasitələrinin qəbuledicilərinə ötürməklə, fasiləsiz enerji axını yaradıb və ilk sınaq uğurlu olub.

Fransalı, həmçinin avropalı mütəxəssislər dünyada analoqu olmayan, həmçinin ilk dəfə Fransada açılan yeni yolu "kabelsiz yolların inkişafında dönüş nöqtəsi" adlandırıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər