Neftalada qızı zorla qaçırıb soyunduran şəxs saxlanılıb
Tarix: 21-09-2020 15:35 | Bölmə: Xəbər lenti
Neftalada qızı zorla qaçırıb soyunduran şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Vəfa Nağının paylaşdığı statusda ictimailəşdirdiyi məsələ ilə bağlı açlıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb, polis isə heç bir tədbir görmür.  

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadovun sözlərinə görə, Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir:

“O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}