Fərqanə Qasımova: "Səsinlə böyüdüm, nəfəsinlə gücləndim"
Tarix: 14-08-2025 18:00 | Bölmə: Mədəniyyət
Fərqanə Qasımova: "Səsinlə böyüdüm, nəfəsinlə gücləndim"

Əməkdar artist Fərqanə Qasımova atası, Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, xanəndə atasının ifasını yayımlayaraq, bunları yazıb:

"Atam…Sən mənim ilk musiqim, ilk duamsan. Səsinlə böyüdüm, nəfəsinlə gücləndim. Hər notunda məni qoruyan, hər baxışında məni anlayan bir ürək var – ata ürəyi. Sən mənə yalnız sənəti deyil, insan olmağı, şəfqəti, sədaqəti öyrətdin. Mən bu dünyada ən böyük şərəfi daşıyıram – sənin qızın olmaq. Var ol, ustadım, Allah səni hər zaman qorusun"(axsam).




Bölməyə aid digər xəbərlər