Casuslardan bəhs edən ən yaxşı filmlərin adı açıqlanıb - Siyahı
Tarix: 28-10-2025 12:31 | Bölmə: Mədəniyyət
Casuslardan bəhs edən ən yaxşı filmlərin adı açıqlanıb

"Collider" nəşri ən yaxşı 20 casus filminin adını açıqlayıb. Siyahı 100 illik kino tarixini əhatə edir, həm klassik, həm də yeni filmləri birləşdirir.

Reyting.az
xəbər verir ki, birinci yerdə Şon Konnerinin rol aldığı və 1964-cü ildə çəkilmiş "Qoldfinger" filmidir, çünki bu, "Ceyms Bond" seriyasının simvolik elementlərini formalaşdırıb.

İkinci pillədə Con Le Karrenin romanı əsasında çəkilmiş və Harri Holdmanın baş rolda oynadığı "Casus, rədd ol!" (2011), üçüncü yerdə isə rejissor Alfred Hiçkokun 1959-cu ildə lentə aldığı "Şimal-qərbdən şimala doğru" filmi yer alıb.

Siyahısıda dördüncü yerə düşən ekran əsəri 1969-cu ildə çəkilmiş "Kölgələr ordusu", beşinci yeri isə Robert Redfordun rol aldığı "Kondorun üç günü" filmidir (1975).

İlk onluğa "Mancuriyalı namizəd" (1962), "Əlahəzrətin məxfi xidməti" (1969), eyni zamanda "39 pillə" (1935) və "Bornun identifikasiyası", həmçinin 1928-ci ildə çəkilmiş "Casuslar" filmləri daxil edilib.

Müasir dövrlərin ən yaxşı, baxımlı filmləri hesab edilən, eyni zamanda Hollivud kino sənayesinin istehsalı sayılan və Tom Kruzun baş rolda çəkildiyi "Mümkünsüz missiya" (2018), "Royal kazinosu" (2006), həmçinin Maykl Fassbenderin rol aldığı "Qara çanta" (2025) kimi filmlər də nəşrin siyahısında yer alıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər