18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Opera müğənnisi: "Xalq artistləri kafe səviyyəsindədirlər"
Tarix: 27-10-2025 10:13 | Bölmə: Mədəniyyət
Opera müğənnisi: "Xalq artistləri kafe səviyyəsindədirlər"

Məşhur "O Səs Türkiyə" layihəsinin iştirakçılarından olan, tanınmış opera müğənnisi Ülvi Qılınc qalmaqallı açıqlamalar verib.

Reyting.az
Milli.az-a istiandla bildirir ki, o, bəzi Xalq artistlərinin "bostanına daş atıb".

Roza Zərgərlini ayrıca pilləyə qoyan ifaçı onun Azərbaycanda əsl ulduz olduğunu deyərək, bu sözlərlə düşüncəsini əsaslanıdırıb:

"Hazırda ulduz Roza Zərgərlidir. Çünki bu adamın keçmiş Sovet dövlətlərində konsertləri bir illik yazılır. Biletləri öncədən satılıb. Bizdə heç bir Xalq artistləri, özlərini ulduz sayanların heç birinin konsertləri yoxdur, yəni kafe səviyyəsindədirlər. Oralarda oxuyub, özlərini gündəm edirlər. Daha bahalı yerlər ola bilər, ancaq elə kafedir.

Ulduz olanın konsertləri heç olmasa, keçmiş "SNQ" ölkələrində yazılmalıdır. Ulduz bu deməkdir. Sənin digər dövlətlərdə konsertlərin yoxdursa, başqa xalqlar qulaq asmırsa, öz ölkəndə ulduz deyilsən. Onlar kosmosda olan görünməyən tozdurlar".




Bölməyə aid digər xəbərlər